Azərbaycan minifutbol millisi Rumıniyaya qalib gələrək 1/4 finala yüksəlib - Dünya çempionatı

media-ads_728_90

Azərbaycan minifutbol millisi Bakıda keçirilən dünya çempionatında növbəti oyununa çıxıb.

“TV1” xəbər verir ki, yığma 1/8 finalda son dünya çempionu Rumıniyanı sınağa çəkib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün penaltilər seriyası oynanılıb.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv daha dəqiq oynayaraq (2:1) 1/4 finala vəsiqə qazanıb.

Komandamız bu turda İngiltərə seçməsi ilə qarşılaşacaq.

media-ads_728_90
Paylaş