Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini 26 %-dən çox artırıb
Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 109,9 % və yaxud 3 milyard 850,1 milyon manat icra olunub.
“TV1” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Qeyd olunur ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,3 % və yaxud 802,5 milyon manat çoxdur.
Hesabat dövründə müdafiə və milli təhlükəsizlik xərcləri faktiki xərclərin 22,5 %-ni təşkil edib.