media-1200x100

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - MN

media-ads_728_90

Yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

“TV1” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

“Bildiririk ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb”, – deyə məlumatda bildirilib.

media-ads_728_90
Paylaş