Azərbaycan Prezidenti Belqradda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
Serbiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 15-də Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət ediblər.
“TV1” xəbər verir ki, dövlətimizin başçısı abidələrin önünə əklil qoydu.








