Azərbaycan təhsil xərclərini artırıb

media-ads_728_90

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsində təhsil xərcləri 104,2 % və yaxud 1 milyard 029,2 milyon manat səviyyəsində icra olunub.

“TV1” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,9 % və yaxud 84,4 milyon manat çoxdur.

Hesabat dövründə təhsil xərcləri faktiki büdcə xərclərinin 12,7 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin dövlət büdcəsindən təhsil xərclərinə 4 milyard 937,283 milyon manat ayrılması nəzərə tutulub.

media-ads_728_90
Paylaş