Azərbaycan XİN ABŞ-dakı hücumu pisləyib

media-ads_728_90

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-dakı hücumu pisləyib.

“TV1” xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.

“Birləşmiş Ştatların Nyu Orlean şəhərində onlarla insanın ölümünə və yaralanmasına səbəb olan iyrənc avtomobil hücumunu şiddətlə qınayırıq. Düşüncələrimiz və dualarımız qurbanlar və onların ailələri ilədir. Biz bütün forma və təzahürlərində terrorizmin bütün əməllərini, üsul və təcrübələrini birmənalı şəkildə pisləyirik”.

media-ads_728_90
Paylaş