media-1200x100

Azərbaycan XİN Kaliforniyadakı yanğınlarda həlak olanlarla bağlı ABŞ-a başsağlığı verib

media-ads_728_90

Azərbaycan Xarici İşlər Nazirliyi Kaliforniyada meşə yanğınları ilə bağlı ABŞ-yə başsağlığı verib.

“TV1” xəbər verir ki, bu barədə nazirlik “X” sosial şəbəkəsində yazıb.

“ABŞ-nin Kaliforniya ştatında meşə yanğınlarının törətdiyi geniş miqyaşlı dağıntılar bizi dərindən kədərləndirir. ABŞ hökumətinə və xalqına, həmçinin həlak olanların ailələrinə səmimi başsağlığı veririk. Bütün zərərçəkənlərə tezliklə sağalmalarını və bu faciədən tez sağalmalarını arzu edirik”, – deyə paylaşımda bildirilib.

media-ads_728_90
Paylaş