Azərbaycanda 7 sığorta agentinin lisenziyası ləğv edilib
Azərbaycan Mərkəzi Bankı (AMB) 7 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasını ləğv edib.
“TV1” xəbər verir ki, bu barədə tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, bu qərar iyulun 30-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alınaraq qəbul edilib.