Azərbaycanda əhalinin gəlirləri artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 22 milyard 359,1 milyon manata bərabər olub.
“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Qeyd olunur ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur.
Bundan başqa, bu ilin yanvar-fevral aylarında isə ölkədə orta aylıq nominal əməkhaqqı 1 min 99,1 manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% artım deməkdir.








