Azərbaycanda IV kurs tələbəsi qəzada öldü
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) IV kurs tələbəsi vəfat edib.
“TV1” xəbər verir ki, bu haqda ADPU-nun sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisasının tələbəsi Əmirova Gülnar Sabir qızı avtomobil qəzasında ölüb.