Azərbaycanda korrupsiyaya qarşı geniş əməliyyat - Vəzifəli şəxslər tutulub
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir sıra rayon şöbələrində əməliyyatlar keçirib, saxlanılanlar var.
“TV1” APA-ya istinadən xəbər verir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş, Cəbrayıl, Saatlı, Bakının Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib, vəzifəlilər saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.
Bildirilib ki, hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.








