Azərbaycanda zəlzələ olub
Bu gün yerli vaxtla saat 00:13-də Kəlbəcər rayonunda 3 maqnitudalı zəlzələ olub.
“TV1” xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Məlumata görə, zəlzələ Daşkəsən stansiyasından 31 km cənub-qərbdə Kəlbəcər rayonunda qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
Ermənistanın Seysmologiya Xidmətinin yaydığı məlumata görə, zəlzələ Ermənistanda hiss olunub.