Azərbaycanda zəlzələ olub

media-ads_728_90

Oktyabrın 29-da Şirvan stansiyasından 33 kilometr şərqdə – Şirvan şəhəri ərazisində zəlzələ qeydə alınıb.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3 olan zəlzələ yerli vaxtla saat 16:22-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 21 kilometr olub.

media-ads_728_90
Paylaş