Azərbaycanda zəlzələ olub
Aprelin 12-də Pirqulu stansiyasından 24 kilometr cənubda – Şamaxı rayonunda zəlzələ baş verib.
“TV1” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında bildirilir.
Qeyd olunur ki, yerli vaxtla saat 15:31-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,4-ə bərabər olub.
Ocağı 12 kilometr dərinlikdə yerləşən zəlzələ 3 bal gücündə hiss olunub.