Azərbaycanın dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azdır - Sahil Babayev

media-ads_728_90

Azərbaycanın xarici borcu ümumi borc portfelinin 32,8 %-nə bərabərdir ki, bu da dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığını azaldır.

“TV1” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

“Gələn il dövlət borclarına xidmətlə bağlı xərclər 2,5 milyard manat proqnozlaşdırılır. Daxili dövlət borclanmasının yuxarı həddi 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi 6 milyard manat, dövlət zəmanətlərinin yuxarı həddi 3 milyard manat təklif edilir. Hazırda ölkəmiz dövlət borcunun ÜDM-ə nisbəti baxımından ən aşağı ölkələrdən biridir. Cari ildə görülən tədbirlər nəticəsində istiqrazların orta ödəmə müddəti 2,4 dəfə artaraq 3,5 ilə çatdırılıb, istiqraz portfelində 7 və 10 illik istiqrazların payı 30 faiz bəndi artıb. Bu isə istiqrazların yenidən maliyyələşdirilməsi və ödəmə yükünün optimallaşdırılmasına imkan yaradır”, deyə S.Babayev qeyd edib.

media-ads_728_90
Paylaş