Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub

media-ads_728_90

2023-cü ildə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə bu gün səhər saatlarında edam edilib.

“TV1” xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminin saytı (“Mizan”) məlumat yayıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.

Səfirliyin iki mühafizəçisi də hücumun qarşısını alarkən yaralanıblar.

media-ads_728_90
Paylaş