Azərbaycanın qızıl aktivləri 200 tona çatıb

media-ads_728_90

2025-ci ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 53,4 ton qızıl alıb və qızıl ehtiyatlarını 200 tona çatdırıb.

“TV1” xəbər verir ki, bu barədə Fondun məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, bu il yanvarın 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 38,2 % olub ki, bu da 1 il əvvələ nisbətən 17,6 faiz bəndi çoxdur.

Bu artımda qızıl alışı ilə yanaşı, onun qiymətinin artması da rol oynayıb.

media-ads_728_90
Paylaş