Azərbaycanla Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edildi

media-ads_728_90

Azərbaycan ilə Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib.

“TV1” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiq edib.

Qanuna əsasən, 2025-ci il sentyabrın 24-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.

media-ads_728_90
Paylaş