Azərbaycanlı qadın alpinistdən TARİXİ UĞUR
Azərbaycanlı qadın alpinist Vəfa Musayeva mayın 15-də dünyanın ən yüksək zirvəsi olan Everesti (8848 m) fəth edib.
“TV1” xəbər verir ki, əzmkarlıq nümayiş etdirən xanım alpinistimiz Everestdən dərhal sonra dünyanın 4-cü zirvəsi olan Lhotze zirvəsinə (8516 m) də qalxıb.
Bununla da, Everestdə Azərbaycan bayrağını yüksəltmiş xanım alpinistlərin sayı ikiyə çatıb. Bundan öncə yalnız 2023-cü ildə Elmira Aslanova həmin zirvəyə qalxmışdı. Kişi alpinistlərimizdən isə bu uğura imza atanlar 2007-ci ildə İsrafil Aşurlı, 2013-cü ildə Murad Aşurlı, 2019-cu ildə Vadim Vokryaçko olublar.