Azərbaycanlılar Türkiyədə qəzaya düşüb - Ölən və yaralanalar var
Türkiyənin İğdır vilayətində ağır avtoqəza olub.
“TV1” xəbər verir ki, hadisə nəticəsində ölən və yaralanalar var.
Avtoqəzada Azərbaycan vətəndaşı, Şərur rayonu Mahmudkənd sakini, 1977-ci il təvəllüdlü Nəsirov Ramil Məhəmməd oğlu ölüb.
Qeyd edək ki, İğdır-Aralıq magistralının Daşburun kəndi yaxınlığında səhər saatlarında 68-CA-524 qeydiyyat nişanlı “Mitsubishi” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı Naxçıvandan olan 5 nəfər xəsarət alıb.