Babək prospektində zəncirvari QƏZA OLUB
Bakının Xətai rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.
“TV1” xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verilib.
Qeyd olunub ki, qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.