Bakı Kənar Dairəvi yolda qəza olub - Tıxac yaranıb

media-ads_728_90

Paytaxtın Yasamal rayonu, Bakı Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.

“TV1” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən “Biləcəri” dairəsi istiqamətində sıxlıq yaranıb.

Nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən hazırda tədbirlər görülür.

media-ads_728_90
Paylaş