Bakı metrosunda qatarların hərəkətində ləngimə olub

media-ads_728_90

Bakı metrosunda qatarların hərəkətində bu gün ləngimə olub.

“TV1” xəbər verir ki, səhər saatlarında “Əhmədli” metrostansiyasından “Dərnəgül” metrostansiyasına doğru hərəkət edən qatarın hərəkətində bir neçə dəfə ləngimə olub.

“Nəriman Nərimanov” metrostansiyasına yaxınlaşarkən saat 09:45 radələrində qatar tuneldə qalıb. Bir qədər sonra isə “Gənclik” metrostansiyasına yaxınlaşan qatar yenə də tuneldə dayanıb.

Qeyd edək ki, köhnə vaqonlarda havalandırma sistemi işləmədiyindən gənc bir xanım sərnişinin halı qəfil pisləşib. Digər sərnişinlər həmin xanıma dərman və su veriblər. Və gənc xanım sərnişin “Gənclik” metrostansiyasında qatardan düşürülüb.

 

media-ads_728_90
Paylaş