Bakı-Qazax magistralında yük maşını aşıb - 60 ton taxıl yola dağılıb
Hacıqabulda taxıl yüklü qoşqulu yük avtomobili aşıb.
“TV1” xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 113-cü kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə aınıb.
Taxılla yüklənmiş “Mercedes” markalı qoşqulu yük maşını idarəetməni itirərək beton arakəsməyə çırpılıb. Yük avtomobilinin qoşqusu aşıb və yük yerində olan 60 ton taxıl yola dağlıb.
Qəza nəticəsində magistral yolun paytaxt istiqamətində olan hissəsi bağlanıb. Həmin istiqamətdə avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Alternativ olaraq avtomobillərin hərəkəti torpaq yolla davam edib. Yola dağılan taxıl yığılıb, qəzanın yol təsərrüfatına vurduğu fəsadlar aradan qaldırılıb.
Faktla bağlı araşdırma aparılır. /apa/