Bakı-Qazax yolunda AĞIR QƏZA - Bir ailənin 2 üzvü ölüb, 3-ü xəsarət alıb
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
“TV1” apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
“Hyundai” markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik maşını yolun kənarına aşıb. Qəza nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə Yevlax xəstəxanasına aparılıb.
xxxx
Goranboyda baş verən yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub. Daşkəsən rayonunun Bayan kəndində qeydiyyatda olan 1958-ci il təvəllüdlü Nəsibə Nağıyevanın idarə etdiyi “Hyundai” markalı, 77 HD 580 dövlət nömrə nişanlı avtomaşın yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü və nəvəsi 2018-ci il təvəllüdlü F. Məmmədli hadisə yerində ölüb.
Sürücünün nəvələri – 2016-cı il təvəllüdlü Ə.Məmmədli və 2021-ci il təvəllüdlü A.Məmmədli xəsarətlərlə Yevlax rayon xəstəxanasına çatdırılıb. Sürücünün qızı, 1990-cı il təvəllüdlü Ayşən Məmmədlinin yüngül xəsarət aldığı bildirilir.