Bakı-Quba yolunda ölümlə nəticələnən QƏZA
Dünən saat 12:45 radələrində Bakı–Quba avtomobil yolunun 136-cı kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“TV1” xəbər verir ki, yüksək sürətlə idarə olunan “Mercedes” markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq ağaclara çırpılıb. Hadisə nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb, sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirib ki, sükan arxasında hər bir qərar məsuliyyət tələb edir, manevr qaydalarının pozulması, yüksək sürət və yol şəraitinə uyğun olmayan idarəetmə çox zaman faciəvi nəticələrə gətirib çıxarır.