Bakıda binada partlayış olub - Ölən və xəsarət alanlar var

media-ads_728_90

Bakıda yaşayış binasında baş verən partlayışla bağlı araşdırma gedir.

“TV1” APA-ya istinadən xəbər verir ki, faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.

Partlayış nəticəsində ölən şəxsin 1992-ci il təvəllüdlü Ömər Məhərrəmli olduğu bildirilir.

Hadisə Nəsimi rayonu 4-cü mikrorayon ərazisində baş verib. Partlayış evdə kondisionerin təmiri zamanı qeydə alınıb. İlkin məlumata görə, partlayış kondisionerə qaz vurulması zamanı olub. Ölən şəxsin usta olduğu bildirilir.

TƏBİB-dən bildirilib ki, bu gün saat 14:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisindən çağırış qeydə alınıb.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:

“Təcili tibbi yardım briqadası tərəfindən 34 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində daha iki nəfərə – 40 yaşlı (kişi) və 29 yaşlı (qadın) şəxsə yerində tibbi yardım olunub”.

media-ads_728_90
Paylaş