Bakıda fiziki zorakılığa məruz qalan uşaq sığınacağa yerləşdiriləcək

media-ads_728_90

Yetkinlik yaşına çatmayan şəxsin fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində hazırda təhqiqat araşdırması aparılır.

“TV1” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib.

Qeyd olunub ki, xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib:

“Qəyyumluğun ləğv edilməsi və uşağın sığınacağa yerləşdirilməsilə üçün aidiyyəti dövlət qurumları ilə zəruri işlər görülür”.

Xatırladaq ki, Sabunçu rayonunda xalanın azyaşlı bacısı oğluna işgəncə verməsi barədə görüntülər yayılıb. Azyaşlının ata-anasısnın vəfat etdiyi, xalasının himayəsində yaşadığı bildirilib. /apa/

media-ads_728_90
Paylaş