Bakıda IX Beynəlxalq Bankçılıq Forumu keçirilir

media-ads_728_90

Bu gün Bakıda IX Beynəlxalq Bankçılıq Forumu (“IBF-2025”) işə başlayıb.

“TV1” xəbər verir ki, tədbir “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin “Mastercard” beynəlxalq kart təşkilatı ilə əməkdaşlığı çərçivəsində, Azərbaycan Mərkəzi Bankının, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə baş tutub.

Forumun əsas mövzusu “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq”dır. Bununla yanaşı, tədbir “Süni İntellekt (Sİ) qlobal bankçılığı transformasiya edir”, “Yerli banklar növbəti böyümə dalğasını necə formalaşdırır”, “Risklərin və tənzimləmənin təkamülü”, “Ağıllı bankçılıq: Sİ agentləri fəaliyyətdə”, “Açıq bankçılıq – maliyyə ekosistemində yeni mərhələ”, “Rəqəmsal hökumət həlləri və bankçılıq: tərəqqiyə yönəlik tərəfdaşlıq”, “Agent kommersiyası”, “Ani ödəniş və AZQR Azərbaycanda ödənişlərin gələcəyini necə formalaşdırır”, “Bankçılıqda sintetik məlumatın pionerlik istifadəsi”, “KYC və digər tapşırıqlar üçün düzgün video həlləriinin seçilməsi”, “Datalara əsaslanan qərar vermə”, “Mərkəzləşdirilməmiş maliyyənin (DeFi) transformasiyası”, “Kibertəhlükəsizlik vasitəsilə təşkilatların və ekosistemlərin qorunması”, “Rəqəmsal saxtakarlığın qarşısının alınmasına tənzimləyici baxış”, “Qiymətli kağızlar bazarının struktur transformasiyasında bankların rolu”, “Bütün bazar iştirakçıları üçün marketpleys kimi fond birjaları ilə inteqrasiya”, İnvestisiya xidmətlərinin rəqəmsallaşdırılması”, “Blokçeyn, bankçılığın gələcəyi və beynəlxalq kapital axınları” və sair mövzuları da əhatə edir.

IBF dövlət qurumları, maliyyə və bank tənzimləyiciləri, kommersiya bankları, fintex şirkətləri, dövlət və özəl müəssisələr, eləcə də tanınmış maliyyə təşkilatlarının baş direktorlarını, yüksək rütbəli rəhbərləri və əsas qərar qəbul edən şəxsləri bir araya gətirir. O həmçinin beynəlxalq institutlardan, diplomatik missiyalardan, akademik dairələrdən və aparıcı bank və maliyyə xidmətləri təchizatçılarından olan iştirakçıları da qəbul edir.

media-ads_728_90
Paylaş