Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ilk yarımfinalçı bəlli oldu

media-ads_728_90

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin oyunlarına start verilib.

“TV1” xəbər verir ki, bu raundda ilk olaraq Macarıstan və Mavritaniya seçmələri üz-üzə gəliblər.

Milli Gimnastika Arenasında keçirilən görüşdə 1:0 hesablı qələbə qazanan avropalılar yarımfinala yüksəliblər.

Qeyd edək ki, Macarıstan finala gedən yolda Bosniya və Herseqovina – Serbiya cütünün qalibi ilə qarşılaşacaq.

media-ads_728_90
Paylaş