Bakıda küçədə tapılan azyaşlının valideynləri ilə əlaqə saxlanıldı - VİDEO
Həyata keçirilən operativ tədbirlər nəticəsində Bakıda küçədə tapılan azyaşlı uşağın valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılıb.
“TV1” xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat yayıb.
“Azyaşlının atası ekoloji nəzarət postuna dəvət olunub”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev sosial şəbəkə hesabında etdiyi paylaşımında qeyd etmişdi ki, YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Səid adlı azyaşlı uşağı aşkarlayıb: “Uşağı tanıyan şəxslərdən xahiş olunur ki, onun ailə üzvlərinin tapılmasına köməklik göstərsinlər. Hazırda uşaq ekoloji nəzarət postundadır, onunla polis əməkdaşları məşğul olur”.
Azyaşlının 21 saylı məktəbdə ikinci sinifində təhsil aldığı deyilir.









