Şagirdin qadın müəllimi güllələməsi faktı ilə bağlı DETALLAR - YENİLƏNİB 3

media-ads_728_90

“İdrak” liseyində şagirdin müəlliməsini güllələməsinin bəzi təfərrüatları məlum olub.

“TV1” xəbər verir ki, şahidlərin report-a verdiyi məlumata əsasən, hadisə tənəffüs zamanı baş verib.

Bildirilib ki, güllə müəllimənin boyun nayihəsinə dəyib.

10:50

Daxili İşlər Nazirliyi (DİN) “İdrak” liseyində şagirdin müəllimi güllələməsi faktı ilə bağlı məlumat yayıb.

“TV1” xəbər verir ki, Nazirlikdən verilən xəbərə görə, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

10:43

Bakıda liseydə şagird müəllimini güllələyib.

“TV1” report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində baş verib.

Məlumata görə, 10-cu sinif şagirdi müəllimini ov tüfəngi ilə güllələyib. Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğunu bildirilir.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.

 

media-ads_728_90
Paylaş