Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqlayıb

media-ads_728_90

Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan azyaşlı qız bıçaqlanıb.

‘’TV1’’ teleqraf.az-a istinadən xəbər verir ki, hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib.

Tənəffüs vaxtı 5 “q” sinifinin şagirdi İxtiyar Namazov ( ad-soyad şərtidir – red.) məktəbin dəhlizində D.Əliyevin üzərinə bıçaqla hücum edib.

Bu zaman D.Əliyevin bacısı Y.Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib.

Nəticədə Y.Əlizadə əlindən bıçaq xəsarəti alıb.

media-ads_728_90
Paylaş