Bakıda qucağında azyaşlı maşın sürən şəxs qəza törədib - UŞAQ ÖLÜB

media-ads_728_90

Bakıda həyətində azyaşlı övladı qucağında avtomobil idarə edən sürücü qəza törədib.

“TV1” xəbər verir ki, hadisə ötən gün paytaxtın Zabrat qəsəbəsində baş verib.

Məlumata görə, qəsəbə sakini, 1992-ci il təvəllüdlü Tural Süleymanov qucağında 2018-ci il təvəllüdlü oğlu ilə BMW markalı avtomobilin sükanı arxasına oturub.

O, avtomobili yaşadığı evin həyətində idarə etərəkən uşaq sürüşüb sürət pedalına sıxıldığından avtomobil hasara dəyib.

Uşaq hadisə yerində ölüb, T.Süleymanov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

media-ads_728_90
Paylaş