Sürücünün halı qəfil pisləşib, avtobusu dayandıra bilməyib - VİDEO/YENİLƏNİB
“BakuBus” MMC bulvar ərazisində qəzaya uğrayan marşrut avtobusu ilə bağlı açıqlama verib.
“TV1” xəbər verir ki, qurumdan bildirilib ki, hadisə bu gün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində, bulvar ərazisi yaxınlığında baş verib.
“BakuBus” MMC-yə məxsus 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JU-809 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Avtobusun sürücüsünün səhhətində qəfil narahatlıq yaranıb və o, nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, idarəetməni itirərək avtobusu bulvar ərazisinə tərəf yönəldib.
Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün dərhal Təcili Tibbi Yardım Xidməti çağırılıb”, – açıqlamada qeyd olunub.
**** **** ****
TƏBİB-dən bildirilib ki, bu gün saat 11:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən şəxsin halı pisləşməsi səbəbilə çağırış daxil olub.
Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 56 yaşlı şəxs (kişi) arterial hipertenziya diaqnozu ilə Xətai Tibb Mərkəzinə hospitalizasiya olunub.
Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
11:43
Bakıda sərnişin avtobusu qəza törədib.
“TV1” xəbər verir ki, hadisə Neftçilər prospektində baş verib.
“BakuBus”a məxsus 125 saylı sərnişin avtobusu qəza törədərək bulvar ərazisinə girib, ağaca çırpılıb.
Qəza nəticəsində bir neçə ağac aşıb.