Bakıda taksi ilə yük maşını toqquşub - Xəsarət alan var
Bu gün səhər saatlarında paytaxtda ağır yol qəzası baş verib.
“TV1” xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün səhər saat 06:00 radələrində “Koroğlu” metrostansiyası yaxınlığında yol-nəqliyyat hadisəsi səbəbilə çağırış daxil olub.
TƏBİB-dən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən qapalı-kəllə beyin travması diaqnozu ilə 40 yaşlı qadın Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.
Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtda ağır yol qəzası baş verib. Metronun “Koroğlu” stansiyasının yaxınlığında “Shacman” markalı yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə “Bolt” sisteminin loqosu ilə taksi fəaliyyəti göstərən avtomobil aşıb. Hadisə nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.