Bakıda tələbə faciəvi şəkildə ölüb

media-ads_728_90

Azərbaycan Turizm və Menecment Universitetinin IV kurs tələbəsi yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb.

“TV1” xəbər verir ki, hadisə Yasamal rayonu Şərifzadə küçəsindəki çoxmərtəbəli binada qeydə alınıb.

Həmin binada kirayə yaşadığı bildirilən 2004-cü il təvəllüdlü Şirvan sakini Ağa Anar oğlu Əhmədov hadisə yerində ölüb.

O, universitetin “Turizm və qonaqpərvərlik” fakültəsində tərcümə ixtisası üzrə təhsil alırmış. /qafqazinfo/

media-ads_728_90
Paylaş