media-1200x100

Bakıda və Abşeron yarımadasında sulu qar yağacaq - XƏBƏRDARLIQ

media-ads_728_90

Bakıda və Abşeron yarımadasında dekabrın 18-i axşamdan 19-u gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yağıntının ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, axşam və gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında da dekabrın 18-i səhər dağlıq ərazilərdən başlayaraq 19-u gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı -ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

media-ads_728_90
Paylaş