Bakıdan Varşavaya aviareys ləğv edilib
05 yanvar 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan Varşavaya Polish Airlines aviaşirkətinin həyata keçirməli olduğu LOT-722 reysi təyyarədə yaranmış texniki nasazlıq səbəbilə ləğv edilib.
“TV1” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə, aviaşirkət tərəfindən alternativ təyyarə göndəriləcək.
Sərnişinlər uçuşun yeni vaxtı barədə məlumatlandırılacaq.
Əlavə məlumat üçün sərnişinlər Polish Airlines aviaşirkətinə müraciət edə bilərlər:
+994 12 597 55 30
+994 77 223 99 93
+48 788 950 370 (WhatsApp) /trend/