Bakının mərkəzində AĞIR QƏZA - İşıqfor aşdı/VİDEO
Bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
“TV1” xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qəza nəticəsində 1 ədəd işıqfor obyekti yararsız hala düşüb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yararsız hala düşmüş svetoforun yenisi ilə əvəz edilməsi işləri görülür.