Bakının mərkəzində evdə baş verən yanğın söndürülüb - YENİLƏNİB/VİDEO
Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən birmərtəbəli fərdi yaşayış evində baş verən yanğın tam söndürülüb.
“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
15:35
Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən yaşayış evində yanğın baş verib.
“TV1” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riski Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.








