Bakıxanov qəsəbəsində restoranda yanğın olub - YENİLƏNİB
Bakıxanov qəsəbəsində restoranda baş verən yanğın söndürülüb.
“TV1” xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, restoranda elektrik sobasında baş verən yanğının qarşısı qısa müddətdə alınıb.
09:35
Bakıda restoran yanır.
“TV1” xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən restoranlardan birində qeydə alınıb.
Əraziyə FHN-nin yanğından mühafizə hissəsinin bölmələri cəlb olunub.








