Bakıya enən təyyarədə sərnişin öldü

media-ads_728_90

Heydər Əliyev Beynəlxalq Hava Limanında ölüm hadisəsi baş verib.

“TV1” xəbər verir ki, hadisə dünən saat 14 radələrində qeydə alınıb.

Rusiya vətəndaşı olan 1959-cu il təvəllüdlü Sudabar Niftulla qızı Kazhibekovanın səhhəti qəfil pisləşib və o vəfat edib.

66 yaşlı qadının infarktdan ölməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məlum olub ki, sərnişinin ölümü S7 aviaşirkətinin Novosibirsk-Bakı reysi zamanı, hava gəmisinin bortunda baş verib. Təyyarə saat 14:04-də eniş etdikdən sonra tibbi briqada tərəfindən ölüm faktı təsdiqlənib. Hadisə aeroport ərazisi ilə bağlı deyil. /qafqazinfo/

media-ads_728_90
Paylaş