Banqladeşdə zəlzələ zamanı 6 nəfər ölüb, 200-dən çox yaralı var
Banqladeşdə baş verən 5,7 bal gücündə zəlzələ nəticəsində 2-si uşaq olmaqla, 6 nəfər ölüb, 200-dən çox insan xəsarət alıb.
“TV1” xəbər verir ki, səhər saatlarında baş verən yeraltı təkanlar paytaxt Dəkkədə və ətraf ərazilərdə dağıntılar törədib, bir neçə bina çöküb, bəzi tikililərə ciddi ziyan dəyib. Zəlzələdən sonra dərhal axtarış-xilasetmə və təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə başlanılıb.
Banqladeşin Meteorologiya departamentinin məlumatına görə, zəlzələnin episentri Dəkkədən 13 kilometr şərqdə olub.








