Bayramdan sonra imtahan qrafiki açıqlanacaq - DİM SƏDRİ
Bayram günlərindən sonra imtahan qrafikinin paylaşılması nəzərdə tutulur.
“TV1” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bayramla əlaqədar təbrik müraciətində məlumat verib.
O bildirib ki, imtahanlarda iştirakçı sayı bu il 610 min nəfərdən, DİM-in elektron xidmətlərindən istifadə sayı isə 12 milyon dəfədən çox olub.