Biləsuvarda ağır qəza - Ölən və yaralılar var
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“TV1” xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Arazbari kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ 2107” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində ölən və yaralalanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək. /report/