Binəqədi-Novxanı-Mehdiabad yolunda obyektdə yanğın məhdudlaşdırılıb - VİDEO

media-ads_728_90

Bu gün saat 10:02-də Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad-Novxanı yolunun üzərində obyektdə yanğın baş verməsi haqqında “112” qaynar xəttinə məlumat daxil olub. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

“TV1″ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev hadisə yerində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, havanın küləkli olması, eyni zamanda yanan obyektə bitişik digər obyektlərin olması səbəbindən 2 saylı çağırış elan edilib, qüvvələr hadisə yerinə cəlb olunub, ətrafda olan obyektlər yanğından mühafizə olunub:

“Hazırda obyektin birinci mərtəbəsində yanğın hadisəsi məhdudlaşdırılıb, tam söndürülməsi istiqamətində işlər gedir. Obyektin içərisində taxta və karton taralar sıx şəkildə yığıldığından söndürülmə işlərində müəyyən məhdudiyyətlər yaranır. Buna baxmayaraq, şəxsi heyət hər istiqamətdən yanğının söndürülməsi istiqamətində tədbirləri davam etdirir. Yanğının baş vermə səbəbi ilə bağlı araşdırma gedir”.

media-ads_728_90
Paylaş