Binəqədidə ev yanıb - 3 nəfər təxliyə olunub

media-ads_728_90

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

“TV1” FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dəhlizinin tavanı 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

media-ads_728_90
Paylaş