Birlikdə böyük millət olardı!!! - Tramp Kanadanı ABŞ-a birləşdirmək istəyir
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kanadanı ölkəsinin 51-ci ştatı olmağa çağırıb.
“TV1” xəbər verir ki, bu barədə Tramp Kanadanın Baş naziri Castin Trüdonun Liberal Partiyasının lideri vəzifəsindən istefa verməsindən sonra bəyan edib.
Qeyd edək ki, C.Trüdo bu gün Liberal Partiyasının rəhbəri vəzifəsindən istefa verib.
C.Trüdonun istefası xəbərindən sonra D.Tramp bəyan edib:
“Kanadada bir çox insan 51-ci ştat olmaq istəyir. Kanada ABŞ ilə birləşsəydi, heç bir tarif olmayacaq, vergilər xeyli azalacaq və onları daim mühasirəyə alan Rusiya və Çin gəmilərinin təhlükəsindən tamamilə qorunacaqdılar. Birlikdə böyük millət olardı!!!”.
Xatırladaq ki, D.Tramp əvvəllər də bu təkliflə çıxış edib. O, sonuncu dəfə 2024-cü il dekabrın 6-da Kanadanı ABŞ-nin ştatı olmağa çağırmışdı. Respublikaçıların lideri Milad təbrikində Baş nazir Castin Trüdonu qubernator adlandırıb və öz təklifinin reallaşacağı təqdirdə kanadalılar üçün vergilərin 60 %-dən çox azaladacağını söyləyib.
Yeri gəlmişkən, Tramp Danimarka krallığının tərkibinə daxil olan Qrenlandiya adasını da ABŞ-a birləşdirmək istəyilə bağlı fikirlər sələndirib. Buna isə Danimarka hökuməti qarşı çıxıb.