Birol Akgün Türkiyənin Azərbaycandakı yeni səfiri təyin edilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən Birol Akgün qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
“TV1” xəbər verir ki, ölkə liderinin qərarı “Rəsmi qəzet”də dərc olunub.
Qeyd edək ki, Birol Akgün bundan öncə Türkiyə Maarif Fondunun sədri olub.